...

Bakıda sürücünün mobil telefonla yazışması faciəyə səbəb oldu (VİDEO)

Cəmiyyət Materials 11 Avqust 2014 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsində təhlükəsizliyin təmin edilməsi, hərəkət iştirakçılarının rahat, fasiləsz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təbliğat işlərinin aparılmasına böyük diqqət ayrılır. Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, bu məqsədlə idarənin təbliğat üzrə əməkdaşlarının fəaliyyəti ilə maarifləndirici videoçarxlar yayılır. Onun sözlərinə görə, ümumiyyətlə, təbliğat işlərinin mütəmadi aparılması yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir.

Bölmə rəisi qeyd edib ki, hadisələrin təhlilinə nəzər saldıqda görünür ki, mobil telefonlardan istifadə zamanı ağır yol qəzaları baş verir.

Trend oxucularına maarifləndirici videoçarxlardan birini təqdim edir. Videoçarxda da göstərildiyi kimi, mobil telefonda mesaj yazması nəticədə məktəblinin həyatına son qoyur.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən avqustun 2-dək Bakı şəhəri üzrə 529 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 165 nəfər həlak olub, 554 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti