Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Sabah günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında əsən külək tədricən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Avqustun 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.