Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Sabah paytaxt Bakıda küləkli hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 22-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Kəskin isti hava şəraitindən sonra avqustun 24-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.
Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək
Sabah paytaxt Bakıda küləkli hava şəraiti davam edəcək.
