...

Məlahət İbrahimqızı: Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb

Cəmiyyət Materials 25 Avqust 2014 13:08
Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb, çünki mərasimlər əndazəni aşıb. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
Məlahət İbrahimqızı: Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb, çünki mərasimlər əndazəni aşıb. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

M.İbrahimqızı deyib ki, bəzən yas mərasimlərində stolun üstündə bircə spirtli içki çatışmır: "Çox maraqlısı da odur ki, hamı bunu deyir, ancaq heç kim əməl etmir. Hətta qadın məclislərində mikrofonlar qoyurlar. Lakin İslam dinində yas mərasimində Quran oxuyarkən qadının səsini kənardan kişilər eşitməməlidir".

Millət vəkili yas mərasimlərini idarə edən mollalardan da danışıb. O, qeyd edib ki, bəzən yas mərasimlərində Qurandan xəbəri olmayan mollalar ağıl öyrədir, məsləhət verirlər: "Ona görə də yas mərasimlərimiz əndazədən çıxıb. Bu baxımdan hansısa qanunla və ya Nazirlər Kabinetinin hər hansı bir təlimatı ilə yas mərasimləri tənzimlənməlidir. Digər tərəfdən, maarifləndirmə işi gücləndirilməlidir. Məgər insanın dəyəri maddiyyatla ölçülür? Axı heç kim o qədər yeməyi yemir. Xarab olmuş qidaları sabaha, birigünə saxlayırlar və nəticədə zəhərlənmə halları baş verir".

Deputat yas mərasimləri ilə bağlı qanun layihəsinin hələki komitəyə daxil olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti