...

Lənkəranda İran sərhədinə aparan yolun üzərində körpünün tikintisi başa çatmaq üzrədir

Cəmiyyət Materials 4 Sentyabr 2014 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yeni trassa üzrə layihəsi çərçivəsində Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, uzunluğu 205,5 m, eni 28,5 m olan körpü 6 aşırımdan ibarətdir: "Tikinti işləri zamanı əvvəlcədən gərginləşdirilmiş tirlərdən istifadə olunub. Layihə çərçivəsində suötürücü borular, uzunluğu 800 m olan yanaşma yollar, eləcə də alt hissədə müxtəlif kəndləri birləşdirmək məqsədilə yerli yollar inşa olunub. Layihəyə görə 4 hərəkət zolağı üçün nəzərdə tutulan körpüdə hazırda son tamamlama işləri həyata keçirilir".

Qeyd edək ki, yeni körpü başlanğıcını Masallı-Astara avtomobil yolunun 31+775-ci km-dən götürür, 31+972-ci km-də isə başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti