...

Azərbaycanda peşə məktəblərinin direktoru olmaq istəyənlər üçün işə qəbul qaydaları dəyişdirilir

Cəmiyyət Materials 12 Sentyabr 2014 10:07 (UTC +04:00)
Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktoru olmaq istəyənlər üçün işə qəbul qaydaları dəyişdirilir.
Azərbaycanda peşə məktəblərinin direktoru olmaq istəyənlər üçün işə qəbul qaydaları dəyişdirilir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktoru olmaq istəyənlər üçün işə qəbul qaydaları dəyişdirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Allianz Consult" MMC və "GİZ" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların "Liderlik və İdarəetmə" adlı təlimdə iştirakı üçün müsabiqə başlanılıb.

Təlimin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.

Müsabiqədə iştirak üçün qoyulan minimum tələblər ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsilin, 5 illik iş təcrübəsinin olması, namizədin Azərbaycan dilini, Microsoft Office proqramlarını bilməsidir.

Müraciət üçün son tarix sentyabrın 30-dur. Təlimlərin keçirilməsinə noyabr ayından başlanacaq.

Təlimlərdə iştirak etmək istəyənlər üçün tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi, daha sonra test üzrə ikinci seçim mərhələsi, müsahibə üzrə üçüncü seçim mərhələsi, müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələsi, tapşırıq üzrə beşinci seçim mərhələsi olacaq.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı"" əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti