• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Daha bir qəzetin adı MŞ-nin "qara siyahı"sına salınıb

12 Sentyabr 2014 10:52 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının rəyi əsas götürülərək "Xalq nəzarəti və sahibkarlıq" qəzetinin adının MŞ-nin "qara siyahı"sına salınması məqsədəuyğun sayılıb. Trend-in məlumatına görə, bu barədə qərar MŞ-nin İdarə Heyətinin iclasında qəbul olunub.

MŞ-nin Şikayətlər üzrə Komissiyasının 5 avqust 2014-cü il tarixli iclasında "Mizrab" jurnalının ilk sayındaca peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. İdarə Heyəti rəyi əsas tutaraq mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılmasını tövsiyə edib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Aktual.az" saytı ilə əlaqədar müraciətinin müzakirəsində də Şikayətlər üzrə Komissiyanın rəyinə istinad edilib. Məlumat verilib ki, xəbər portalı narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatına hazırdır. Bu, şikayətçi tərəfi də qane etdiyindən məsələ qapanmış sayılıb.

İdarə Heyətinin iclasında Şəki şəhərində görkəmli Azərbaycan rejissoru Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sənədli filmlər festivalına hazırlıqla bağlı müzakirələr də aparılıb. MŞ-nin beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Mətbuat Şurası media quruluşları ilə yaxın təmaslara malik olduğundan Şura belə bir missiyanın gerçəkləşdirilməsini də həyata keçirə bilər. Festivalın oktyabr ayında təşkilinin mümkünlüyünü vurğulayan C.Feyziyev qarşıdakı müddətdə tədbirə hazırlığın vəziyyətinin yenidən müzakirə ediləcəyini, təkliflərin qruplaşdırılacağını deyib.

Mətbuat Şurası Azərbaycan mətbuatı ilə bağlı xarici ölkələrdə məxəzlərin ölkəmizə gətirilməsi istiqamətində də iş aparmaqdadır. Bunun üçün Mətbuat Şurasının tərkibində ayrıca Fondun yaradılması nəzərdə tutulur. Artıq "Şərqi rus", "Həyat" və XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərin orijinal nüsxələri ölkəmizə gətirilib.

MŞ-nin İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət türkdilli ölkələrin sənədli filmlər festivalını ölkə miqyaslı hadisə kimi dəyərləndirməklə tədbirin Azərbaycan tarixində mühüm rol oynamış qədim Şəkidə təşkilini əlamətdar cəhət kimi önə çəkiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • qara siyahı
  • Mətbuat şurası
Digər xəbərlər
Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb
Cəmiyyət 4 Dekabr 11:49
Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib (FOTO)
Cəmiyyət 3 Dekabr 16:51
XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı "qara siyahı"dan çıxarılıb
Siyasət 15 Oktyabr 09:15
XİN: Cənubi Koreyanın 3 vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Siyasət 8 Oktyabr 16:43
Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib (FOTO)
Cəmiyyət 19 İyun 14:44
Polşa vətəndaşının adı XİN-nin "qara siyahısı”ndan çıxarılıb
Siyasət 2 Noyabr 2018 16:14
Xəbər lenti
Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq
Dünya xəbərləri 16:02
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Gündəm 15:20
Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var
Dünya xəbərləri 14:42
Masallıda zəlzələ baş verib
Hadisə 14:07
Azərbaycanın aqrar turizmdə böyük potensialı var
Turizm 13:39
Bakıda gənc oğlan relslərin üzərinə yıxılıb
Hadisə 13:29
Sabah hava necə olacaq?
Gündəm 13:12
“Sitrus vadisi”ndə bir gün - Aqrotur (FOTO)
İqtisadiyyat 12:52
Filippində 6,8 bal gücündə zəlzələ baş verib
Dünya xəbərləri 12:11
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri