Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,5 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,5 min nəfərdən artıqdır. Bu barədə Trend DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
2001-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 20 sentyabr "Neftçilər günü" elan edilib və bu tarix Azərbaycanda "Neftçilər günü" kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynamışdır. Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və bunun əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2014-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 96,6 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.
Azərbaycanda neftçilər etibarlı pensiya təminatına malikdirlər
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,5 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,5 min nəfərdən artıqdır. Bu barədə Trend DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.