...

Azərbaycanda dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərin seçimi zamanı yeni hallara üstünlük veriləcək

Cəmiyyət Materials 19 Sentyabr 2014 17:50 (UTC +04:00)
Azərbaycanda bu ildən ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına təhsil almaq üçün müraciət edən şagirdlərin seçimi zamanı bir sıra yeni hallara üstünlük veriləcək.
Azərbaycanda dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərin seçimi zamanı yeni hallara üstünlük veriləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu ildən ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına təhsil almaq üçün müraciət edən şagirdlərin seçimi zamanı bir sıra yeni hallara üstünlük veriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın təhsil nazirinin imzaladığı əmr əsasında müəssisələrin direktorlarına da bununla əlaqədar tapşırıqlar verilib. Direktorlara tapşırılıb ki, 2014/2015-ci tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta bala, işəgötürən təşkilatla onun istehsalat təcrübəsi keçirilməsinə lazımi şərait yaradacağı barədə müvafiq müqavilənin olmasına, şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilsin.

Qeyd edək ki, indiyədək şagird seçimi zamanı şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilirdi.

Əmrə uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələri üzrə 2014-2015-ci tədris ili üçün şagird qəbulu planları təsdiq edilib. Müəssisələr şagird qəbuluna dair statistik hesabatları cari ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim etməlidirlər.

2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti