...

Xərçəng xəstələri üçün ümid işığı

Cəmiyyət Materials 22 Sentyabr 2014 11:05 (UTC +04:00)
İranda xərçəng xəstəliyi üzrə ixtisaslaşmış ilk xəstəxana tikilir. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
Xərçəng xəstələri üçün ümid işığı

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda xərçəng xəstəliyi üzrə ixtisaslaşmış ilk xəstəxana tikilir. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Məlumata əsasən, xeyriyyəçilər tərəfindən tikilməkdə olan xəstəxananın vəsaiti təsis olunmuş vəqfin qiymətli kağızlarının satışı ilə təmin edilir.

Məlumata əsasən, 11 min kvadratmetr ərazidə inşa olunan bu xəstəxanada eyni vaxtda 500 nəfər müalicə ala biləcək.

Yaxın üç il ərzində ilk fazanın tikintisi başa catacaq və 224 nəfərin müalicəsi üçün şərait yaradılacaq. Xəstəxana Tehranın cənubunda Şəhri-Reydə tikilir.

Xəstəxananın bütün infrastrukturunun sahəsi 19670 kvadratmetr olacaq. Bu layihədə təcili yardım xidməti, xərçəng xəstəliyi üzrə cərrahiyyə əməliyyatı şöbəsi, daxili şöbə, radioterapiya və radiologiya, laboratoriya və s. şöbələr nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti