...

Ağdaşdakı əmək yarmarkasında 85 nəfərə boş iş yerlərinə göndəriş verilib

Cəmiyyət Materials 25 Sentyabr 2014 15:08 (UTC +04:00)
Ağdaş rayonunda keçirilən əmək yarmarkasında 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib
Ağdaşdakı əmək yarmarkasında 85 nəfərə boş iş yerlərinə göndəriş verilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdaş rayonunda əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.

Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.

Xatırladaq ki, ƏƏSMN tərəfindən bölgələrdə keçirilən əmək yarmarkaları sabahə 5 rayonda - Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti