...

Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 25 Sentyabr 2014 17:22 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 107, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti