...

Gənclərlə görüş keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2014 13:13 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Gənclər Birliyində partiya üzvü olan fəal gənclərlə görüş keçirilib .Görüşü Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev giriş sözü ilə açaraq, ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb
Gənclərlə görüş keçirilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Gənclər Birliyində partiya üzvü olan fəal gənclərlə görüş keçirilib .Görüşü Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev giriş sözü ilə açaraq, ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. Əldə etdikləri uğurlara görə Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlığını bildirib. Şəhər rəhbərliyinin hər zaman gənclərə kömək və dəstək göstərdiyini xüsusilə vurğulayıb. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin geniş təşkilatçılığı ilə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində şəhər Partiya Təşkilatında mühüm tədbirlər həyata keçirildiyini, gənclərin səmərəli fəaliyyətə cəlb olunduğunu qeyd etdi.

Gənclərdən Orxan Əhmədov, Hüseynağa Hüseynov, Əminə Kazımlı, Nuranə Namazlı, Elnur Bağırov, Uğur Cəfərzadə, İsrafil Vəliyev,Səbuhi Həsənov,Ülkər Həsənova, Məhərrəm Atakişiyev və başqaları çıxış edərək, YAP Gəncə şəhər Təşkilatında gənclərin iştirakı ilə keçirilən dəyirmi masaların, seminarların, diskussiya, debat və treninqlərin, yeni fəaliyyətə başlayan Təlim və Resurs Mərkəzinin onların inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol oynadığını diqqətə çatdırmışlar.
Sonra gənclərin uğurlu və səmərəli fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Görüşdə həmçinin, Gənclər Birliyinin nəzdində yaradılmış Gənclik Mərkəzinin fəaliyyəti, strukturu, departamentlər, gənclərin Mərkəzdə könüllü çalışmaları ücün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonda Gənclər Birliyinin nəzdindəki "Cine Club"un yeni mövsümdə acılışı olub və gənclərin istəyi ilə ən cox səs toplayan film nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə 200 gənc iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti