...

Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzi yaradılıb

Cəmiyyət Materials 29 Sentyabr 2014 16:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyi tərəfindən sentyabrın 26-da Hanoy şəhərində Vyetnam Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində təsis edilmiş Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin rəsmi açılış mərasimi təşkil edilmişdir.
Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 29 sentyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyi tərəfindən sentyabrın 26-da Hanoy şəhərində Vyetnam Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində təsis edilmiş Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin rəsmi açılış mərasimi təşkil edilmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Vyetnam Hökuməti, Parlamenti və digər rəsmi qurumlarının yüksək rütbəli üzvləri, ictimaiyyət nümayəndələri, Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş vyetnamlı məzunlar və ölkənin tanınmış KİV-in nümayəndələri iştirak etmişlər.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru xanım Dr. Nqo Thi Kim Tu mərkəzin iki ölkə və xalq arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirmişdir.

Səfir Anar İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama tarixi səfərinin ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına təkan verdiyini vurğulamışdır.

O, Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirmiş, Mərkəzin Vyetnam xalqının Azərbaycan, onun tarixi və mədəniyyəti barədə məlumatlandırılmasında önəmli rol oynayacağına, iki ölkə arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə, həmçinin Azərbaycan və Vyetnam xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

Tədbir Vyetnamın dövlət telekanalı "VTV-1"in xəbərlər bölümündə və digər mətbuat orqanlarında işıqlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti