...

Azərbaycanda bir gündə 16 nəfər "yol genosidi"nin qurbanı oldu

Cəmiyyət Materials 30 Sentyabr 2014 13:37 (UTC +04:00)
Sentyabrın 29-da Azərbaycanda baş verən yol qəzalarında 16 nəfər ölüb.
Azərbaycanda bir gündə 16 nəfər "yol genosidi"nin qurbanı oldu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 29-da Azərbaycanda baş verən yol qəzalarında 16 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 16 nəfər ölüb, 4 nəfər yaralanıb.

Gün ərzində daxili işlər orqanları tərəfindən 56 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti