...

İtaliyalı media nümayəndələri Mətbuat Şurasında olublar (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2014 16:58 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ölkəmizdə səfərdə olan italiyalı media nümayəndələri - İtaliya Mətbuat Şurasının üzvü, "Terra" qəzetinin rəhbəri Sercio Bellucci və "İl sole domenika" qəzetinin baş redaktoru Armando Massarentti ilə görüşüb.
İtaliyalı media nümayəndələri Mətbuat Şurasında olublar (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ölkəmizdə səfərdə olan italiyalı media nümayəndələri - İtaliya Mətbuat Şurasının üzvü, "Terra" qəzetinin rəhbəri Sercio Bellucci və "İl sole domenika" qəzetinin baş redaktoru Armando Massarentti ilə görüşüb.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ-nin ofisində baş tutan görüşdə avropalı qonaqlara Şuranın iş prinsipləri barədə məlumat verilib.

Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb. Əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan MŞ ötən müddətdə bir sıra nüfuzlu beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da sürətləndirilməsinə xüsusi önəm verilib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindən ətraflı söz açıb.

İtaliyalı qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti barədə, eləcə də bu ölkədə medianın durumu ilə bağlı məlumatlar veriblər. Mövcud istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti