...

İtaliya mətbuatı AGİ agentliyinin AzərTAc ilə güclənməkdə olan tərəfdaşlıq əlaqələrinə geniş diqqət ayırır (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2014 23:49 (UTC +04:00)
İtaliyanın “AGİ” agentliyinin Baş icraçı direktoru Gianni di Ciovanninin Azərbaycana səfəri çərçivəsində AzərTAc-ın Baş direktoru Aslan Aslanovla keçirdiyi görüş İtaliya mətbuatının diqqət mərkəzindədir. Belə ki, bu ölkənin bir sıra aparıcı xəbər saytları, qəzetləri, informasiya portalları AzərTAc-da keçirilən görüşlə bağlı yazılar yerləşdirib.
İtaliya mətbuatı AGİ agentliyinin AzərTAc ilə güclənməkdə olan tərəfdaşlıq əlaqələrinə geniş diqqət ayırır (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

İtaliyanın "AGİ" agentliyinin Baş icraçı direktoru Gianni di Ciovanninin Azərbaycana səfəri çərçivəsində AzərTAc-ın Baş direktoru Aslan Aslanovla keçirdiyi görüş İtaliya mətbuatının diqqət mərkəzindədir. Belə ki, bu ölkənin bir sıra aparıcı xəbər saytları, qəzetləri, informasiya portalları AzərTAc-da keçirilən görüşlə bağlı yazılar yerləşdirib.

Görüşdə müzakirə olunan məsələlərə dair ətraflı məlumatların yer aldığı yazılarda bildirilir ki, son illərdə müxtəlif sahələrdə Azərbaycan-İtaliya əlaqələrinin genişləndirilməsində hər iki ölkənin media qurumları körpü rolunu oynayır. Bu mövzu, həmçinin iki agentlik arasında tərəfdaşlığın inkişaf etdirilməsi IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Gianni di Ciovanni ilə keçirilən görüşdə diqqət mərkəzində olub.

Yazılarda "AGİ" agentliyinin Baş icraçı direktorunun bu fikirləri də yer alıb: "Əminəm ki, agentliklərimizin qarşılıqlı fəaliyyəti İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar mübadilələrin daha da genişlənməsinə töhfə verəcək". Gianni di Ciovanni Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm rolunu da diqqətə çatdırıb.

Aslan Aslanov görüş zamanı iki agentlik arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu, 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verib. Bu və digər məlumatların əks olunduğu yazılarda vurğulanır ki, görüşdə ölkələrimiz arasında mədəni əməkdaşlığın dərinləşməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolu xüsusi qeyd olunub. Bildirilib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin "Filosoflar zalı"nda aparılan təmir işləri, ümumiyyətlə, Fondun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:

http://www.agi.it/estero/notizie/azerbaigian_agi_a_forum_baku_rafforza_partnership_con_azertac-201410031302-est-rt10089

http://www.blitzquotidiano.it/media/gianni-di-giovanni-agi-agenzie-di-stampa-guida-del-cambiamento-in-era-digitale-1988260/

http://www.repubblica.it/ultimora/24ore/azerbaigian-agi-a-baku-rafforza-partnership-con-azertac/news-dettaglio/4548054

http://www.affaritaliani.it/mediatech/agi-azertac031014.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti