...

Azərbaycan və Belarusun birgə elmi tədqiqat layihələrinin nəticələri müzakirə ediləcək

Cəmiyyət Materials 9 Oktyabr 2014 16:45 (UTC +04:00)
Oktyabrın 21-22-də Bakıda Elmin İnkişafı Fondunun (EİF) təşəbbüsü və maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı keçiriləcək.
Azərbaycan və Belarusun birgə elmi tədqiqat layihələrinin nəticələri müzakirə ediləcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Oktyabrın 21-22-də Bakıda Elmin İnkişafı Fondunun (EİF) təşəbbüsü və maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı keçiriləcək.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq konfransda 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində birgə yerinə yetirilən fundamental tətbiqi xarakterli elmi tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələr məruzə ediləcək, monitorinq xarakteri daşıyan müzakirələr aparılacaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr veriləcək.

Konfransdan əvvəl Belarus Respublika Fundamental Tədqiqatlar Fondu (BRFTF) ilə EİF-in birgə qrant komissiyasının iclası keçiriləcək, 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılacaq, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılacaq. 2-ci müsabiqənin konfrans ərəfəsində elan olunması planlaşdırılır.

Qeyd edək ki, 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və BRFTF arasında əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanıb.

Bu məsələ Azərbaycan-Belarus hökumətlərarası komissiyasının müxtəlif illərdə keçirilmiş iclaslarının protokollarına da daxil edilib. Sazişə əsasən, Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edərək keçirib.

Bu müsabiqə üzrə 7 fundamental tətbiqi xarakterli layihə qalib elan edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti