...

Goranboyda 6500 illik tarixi olan yeni yaşayış məskəni tapılıb

Cəmiyyət Materials 15 Oktyabr 2014 16:15 (UTC +04:00)
Goranboyda ən azı 6500 illik tarixi olan yeni yaşayış məskəni və 2800 illik yaşı olan kurqan aşkarlanıb.
Goranboyda 6500 illik tarixi olan yeni yaşayış məskəni tapılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Goranboyda ən azı 6500 illik tarixi olan yeni yaşayış məskəni və 2800 illik yaşı olan kurqan aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Naftalan-Goranboy elmi ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov Trend-ə bildirib ki, Goranboyun Qaraçinar kəndi ərazisində tapılan yaşayış məskəninin yaşının ən azı 6500 olduğu müəyyən edilib.

Bununla yanaşı, Goranboyun mərkəzindən 10 kilometr məsafədə- Ağcakənd yolunun sol tərəfində diametri 30 metr, hündürlüyü 3 metr 20 sm olan kurqan aşkarlanıb.

Kurqan açıldıqdan sonra isə onun içindən üstü ağac tirlərlə örtülmüş, uzunluğu 11 metr, eni 8,5 metr olan sərdabə tapılıb. Sərdabənin ağac tirləri üzərində 5-6 ədəd saxsı qab olub.

İlkin tədqiqatlar zamanı həmin qabların eramızdan əvvəl 6-7-ci əsrə aid olduğu təxmin edilib.

Hazırda ərazidə tədqiqat işləri davam etdirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti