...

Azərbaycanın magistral yollarında vəziyyət necədir?

Cəmiyyət Materials 3 Noyabr 2014 10:26
Azərbaycanın magistral yolları açıqdır və avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.
Azərbaycanın magistral yollarında vəziyyət necədir?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın magistral yolları açıqdır və avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, hazırda bütün yollarda çiskin, yağış var, külək əsir, Qusarda qar, Ağsu aşırımında isə sulu qar yağır. Ancaq bütün yollar açıqdır.

Onun sözlərinə görə, sürücülər avtomobilin surətini meteoroloji şəraitə uyğun seçməlidirlər: "Yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur. Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqət yetirməlidirlər".

K.Əliyev qeyd edib ki, dünən ölkə ərazisində 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ölümlə nəticələnən yol qəzası Qaradağ rayonu ərazisində baş verib. Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Yevlax rayonu ərazisində isə avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti