...

Antalya böyük turizm sərgisinə hazırlaşır

Cəmiyyət Materials 5 Noyabr 2014 17:02 (UTC +04:00)
Gələn il yanvarın 21-24-də Türkiyənin Antalya şəhərində “Anfaş” sərgi şirkəti 26-cı Beynəlxalq Qonaq Qəbulu və Yerləşdirmə Qruplarının İxtisaslaşmış Sərgisini keçirəcək.
Antalya böyük turizm sərgisinə hazırlaşır

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Gələn il yanvarın 21-24-də Türkiyənin Antalya şəhərində "Anfaş" sərgi şirkəti 26-cı Beynəlxalq Qonaq Qəbulu və Yerləşdirmə Qruplarının İxtisaslaşmış Sərgisini keçirəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın da qatılacağı budəfəki sərgiyə maraq ötənilkindən çoxdur. Bu da sözügedən sərginin tarixində rekord göstəricidir.

"Anfaş" şirkətinin prezidenti Mustafa Çalık bildirib ki, budəfəki sərgidə də hotel təchizatı məsələsinə xüsusi önəm veriləcək: "Sərginin başlamasına üç ay qalsa da, tədbirimizə maraq böyükdür. Təsadüfi deyil ki, sərgiyə qatılmaq istəyənlərin sayı ötənilkinə nisbətən 27 faiz çoxdur".

M.Çalıkın sözlərinə görə, hotellərdə qonaq qəbulu sahəsindəki xidmətlər Türkiyədə turizmin inkişafına birbaşa təsir göstərən amillərdəndir: "Anfaş"ın keçirəcəyi 26-cı sərgiyə indidən 3500-dən çox marka qatılacağını elan edib. Bu isə qeyd etdiyim kimi, rekorddur. 2015-ci il sərgisində iştirak edəcək hər bir peşəkar hotel, turizm şirkəti ehtiyac duyduğu məhsulu və xidməti müzakirə və müqayisə etmək şansı qazanacaq. Sərgimizdəki bu zənginlik hər birimiz
üçün xoş olacaq".

M.Çalık son iki ildə iştirakçılar və ziyarətçilər üçün VİP səviyyəli görüşlər təşkil olunduğunu, bunun isə sərginin nüfuzunun daha da artmasına kömək etdiyini söyləyib.

2014-cü il sərgisində VİP görüşlərdə iştirak edən BİRSAB firmasının baş direktoru Özgür Yalçın deyib: "Bu sərgi sayəsində əlaqələrimiz, uğurlarımız daha da artıb ki, buna görə də "Anfaş" şirkətinin rəhbərliyinə təşəkkür edirik. VİP görüşlər sayəsində əlaqələr qurduğumuz "Microfinans" firması ilə Gürcüstanda yeni açılacaq hotelin bütün işlərini həyata keçirdik. Gürcüstana 2 tırdan çox ləvazimat göndərdik. "Anfaş" Beynəlxalq Qonaq Qəbulu və Yerləşdirmə Qruplarının İxtisaslaşmış Sərgisi bizi yeni hotellər və bazarlarla yaxınlaşdırdı".

"Anemon" hotellerinin fəxri prezidenti İsmail Akçura sərgi ilə bağlı bunları bildirib: "Hotellərimizə lazım olan avadanlıqlarla əlaqədar hər il ziyarət etdiyimiz "Anfaş" sərgisindən müsbət mənada yararlanırıq. Ehtiyac duyduğumuz hər markanı bu sərgidə tapa bilirik".

Qeyd edək ki, sərgi çərçivəsində nüfuzlu hotellərin, turizm şirkəti nümayəndərinin ikitərəfli görüşləri nəzərdə tutulub.

250 milyon dollar sərmayə ilə 5 ildə 5 ilduzlu 5 hotel tikəcək "Dosso Dossi Hotels"in İdarə heyətinin sədri Hikmət Eraslan isə deyib ki, Antalyada düzənlənəcək sərgidə ikitərəfli iş görüşmələri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti