...

Mübariz Qurbanlı: "Müəyyən xarici qüvvələrin islam dinini bəhanə edərək ölkəmizə ayaq açmasına imkan verməməliyik"

Cəmiyyət Materials 8 Noyabr 2014 11:17 (UTC +04:00)
Müəyyən xarici qüvvələrin islam dinini bəhanə edərək ölkəmizə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür.
Mübariz Qurbanlı: "Müəyyən xarici qüvvələrin islam dinini bəhanə edərək ölkəmizə ayaq açmasına imkan verməməliyik"

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Müəyyən xarici qüvvələrin islam dinini bəhanə edərək ölkəmizə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür.

Trend-in məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik" mövzusunda gənclər üçün keçirilən treninqdə komitə sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bəzi xarici qüvvələr İslam dinini bəhanə edərək Azərbaycana təsir göstərməyə cəhd edirlər: "Biz hansısa xarici qüvvələrin ölkəmizə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür".

M.Qurbanlı deyib ki, Azərbaycan sosial-iqtisadi sahədə və digər sahələrdə çox böyük uğurlar əldə etsə də, milli-mənəvi dəyərlər məsələsində bir gerilik var. Buna görə də milli-mənəvi dəyərlərimizi inkişaf etdirməliyik: "Azərbaycanın müstəqil dövlət kimi öz hədəfləri var. Bizim əsas məqsədlərimiz müstəqilliyimiz qorumaq, dünya azərbaycanlıları üçün dövlətimizi bir istinad yerinə çevirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti