...

Bakıda daha bir yol bağlanacaq

Cəmiyyət Materials 12 Noyabr 2014 11:07 (UTC +04:00)
Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakıda daha bir yol bağlanacaq

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev bildirib ki, paytaxtın Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti bu gün axşam saat 22:00-dan etibarən tam məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, bu, yolda üfüqi nişanlanma işlərinin aparılması ilə əlaqədardır.

Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti