...

Ən çox istifadə olunan iki elektron xidmət

Cəmiyyət Materials 13 Noyabr 2014 15:40 (UTC +04:00)
Son bir ayda əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması ilə bağlı elektron xidmət ən çox istifadə olunan elektron xidmət olub
Ən çox istifadə olunan iki elektron xidmət

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı son bir ayda 256 232 ədəd təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla da həmin e-xidmət növü "Elektron hökumət" portalının (www-e-gov.az) ən çox istifadə olunan elektron xidmətlər üzrə təqdim etdiyi siyahıda ilk yeri tutmaqda davam edir.

Ümumiyyətlə, indiyədək "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən 1 877 634 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" elektron xidmətindən isə 176 000 dəfə istifadə olunub. ƏƏSMN-in hər iki xidmət növü üzrə bu vaxta qədər istifadə sayı 2 053 634-dür ki, bu da "Elektron hökumət" portalı vasitəsilə e-xidmətlər üzrə bu vaxta qədər ümumi istifadə sayının (5 597 818 ədəd) 36,6 faizini təşkil edir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, ƏƏSMN tərəfindən cari ilin 1 iyulundan tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin, bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formalarında elektron qeydiyyatdan keçirilməsi üçündür.

Bağlanan hər bir əmək müqaviləsi, yaxud ona dəyişiklik edilməsi və ya xitam verilməsi həmin sistemdə qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti