...

"Azercell" şəbəkəsində problem yaranıb

Cəmiyyət Materials 13 Noyabr 2014 17:13 (UTC +04:00)
Noyabrın 12-si günün ikinci yarısından "Azercell Telecom" mobil opreatorunun işində müşahidə edilən texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq.
"Azercell" şəbəkəsində problem yaranıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Noyabrın 12-si günün ikinci yarısından "Azercell Telecom" mobil opreatorunun işində müşahidə edilən texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq. Bunu Trend-ə Azercell-dən deyiblər.

Şirkətdən bildiriblər ki, bəzi abonentlərin səs xidmətlərindən istifadə imkanları məhdudlaşmışdı, lakin hazırda şəbəkədəki problem praktiki olaraq aradan qaldırılıb.

Şirkət şəbəkədəki nasazlığın səbəblərini aradan qaldırır və narahatlığa görə üzr istəyir: "Hazırda texniki problemlərin aradan qaldırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda problemlər tam aradan qaldırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti