...

Allahşükür Paşazadənin İrana səfərinin məqsədi bəlli oldu

Cəmiyyət Materials 21 Noyabr 2014 10:12 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İrana səgərinin proqramı açıqlanıb.
Allahşükür Paşazadənin İrana səfərinin məqsədi bəlli oldu

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İrana səgərinin proqramı açıqlanıb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşür.

Səfərdə məqsəd 23-24 noyabr 2014-cü il tarixlərində İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti