...

Bruney hökuməti azərbaycanlı gənclər üçün sənəd qəbulu elan etdi

Cəmiyyət Materials 27 Noyabr 2014 15:45
Bruney hökuməti 2015-2016-cı tədris ilində azərbaycanlı gənclərin təhsil alması üçün sənəd qəbuluna başlayıb.
Bruney hökuməti azərbaycanlı gənclər üçün sənəd qəbulu elan etdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bruney hökuməti 2015-2016-cı tədris ilində azərbaycanlı gənclərin təhsil alması üçün sənəd qəbuluna başlayıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, qəbul Bruney Darüssəlam Universiteti (UBD), Sultan Şərif Əli İslam Universiteti (UNISSA), Bruney Texnologiya İnstitutuna (ITB) müxtəlif ixtisaslar üzrə aparılır.

Bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq istəyənlərin yaşı 18-25, doktorantura təhsili almaq istəyənlərin yaşı isə 35-dək olmalıdır.

Sənədlər dekabrın 15-dək qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti