...

Azərbaycanda 6 mehmanxanaya ulduz, 7 şirkətə lisenziya verildi

Cəmiyyət Materials 4 Dekabr 2014 17:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ölkədəki 6 mehmanxanaya ulduz, 7 şirkətə isə lisenziya verib.
Azərbaycanda 6 mehmanxanaya ulduz, 7 şirkətə lisenziya verildi

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi ölkədəki 6 mehmanxanaya ulduz, 7 şirkətə isə lisenziya verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən 6 mehmanxanaya dərəcə sertifikatı verilib. "Şafran Hotel", "Caspian Business Hotel", "Qafqaz Park", "Admiral", "Egoist" mehmanxanalarına 4 ulduz, "Qız Qalası" mehmanxanasına 3 ulduz verilib. Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

Noyabr ayı ərzində isə "Tour De Vorld", "ABDU-TRAVEL", "Flay-İnn", "Five Star Travel", "Air Tour", "Crystal Travel", "Royal Travels and Services" Məhdud Məsuliyyətli Cəmiyyətlərinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Bununla da respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 272-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti