...

Azərbaycanda şimal istiqamətində bəzi sərnişin qatarlarının hərəkəti dayandırılır

Cəmiyyət Materials 8 Dekabr 2014 11:55 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən, «Rusiya Dəmir Yolları» ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Azərbaycanda şimal istiqamətində bəzi sərnişin qatarlarının hərəkəti dayandırılır

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Emil İsmaylov/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən, "Rusiya Dəmir Yolları" ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Belə ki, "Rusiya Dəmir Yolları" ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

Onun sözlərinə görə, Bakıdan Rostova və ya əks istiqamətdə gedən sərnişinlər Bakı-Xarkov qatarının xidmətindən istifadə edə biləcəklər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcəkdir.

Sərnişinlərin nəzərinə o da çatdırılır ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir - cədvəl üzrə - hərəkətdə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti