...

ÜST: Ebola virusu qurbanların sayı 6330 nəfəri ötüb

Cəmiyyət Materials 9 Dekabr 2014 00:33 (UTC +04:00)
Qərbi Afrikanın üç ölkəsində - Qvineya, Liberiya və Syerra Leonedə üç gün ərzində Ebola virusundan ölənlərin sayı 144 nəfərə qədər artaraq, 6331-ə çatıb.
ÜST: Ebola virusu qurbanların sayı 6330 nəfəri ötüb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Qərbi Afrikanın üç ölkəsində - Qvineya, Liberiya və Syerra Leonedə üç gün ərzində Ebola virusundan ölənlərin sayı 144 nəfərə qədər artaraq, 6331-ə çatıb. Ebola virusuna yoluxanların sayı üç gün ərzində 283 nəfərə qədər artaraq, 17 min 800 nəfərə çatıb. Trend TASS agentliyinə istinadən bu barədə Ümumdünya səhiyyə təşkilatı (ÜST) dekabrın 8-də məlumat verir.

Ən ağır vəziyyət Liberiyada yaranıb - 7 min 719 nəfər xəstələnib və 3 min 177 ölüb. Sonra gəlir Syerra Leone (7 min 798 və 1 min 742) və Qvineya (2 min 283 və 1 min 412).

Mütəxəssisləri xüsusilə Syerra-Leonedə xəstəliyin yayılma sürəti narahat edir. Yoluxanların sayına görə bu ölkə ilk dəfə Liberiyanı ötüb.

ÜST-ün məlumatları Ebola virusunun bu kimi təsdiqlənmiş hallarını, həm də "mümkün", eləcə də " xəstəliyə şübhələri" nəzərə alırlar.

Xəbər lenti

Xəbər lenti