"Sərsəngə yürüş" adlı aksiya keçirilib (FOTO)

"Sərsəngə yürüş" adlı aksiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "İnsan Hüquqları XXI əsr" - Azərbaycan Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə birgə işçi qrupu "Sərsəng harayı" layihəsi çərçivəsində "Sərsəngə yürüş" adlı aksiya təşkil ediblər.

Trend-in məlumatına görə, aksiya çərçivəsində İran, Sudan və İordaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri və jurnalistlər Tərtər rayonuna səfər ediblər. Səfər zamanı ilk olaraq Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sərsəng su anbarının erməni işğalı altında olması nəticəsində Tərtərin və digər ətraf rayonların kənd təsərrüfatına dəyən ziyandan və həmin rayonun əhalisi üçün yaranan təhlükələrdən danışıb.

M.Məmmədov qeyd edib ki, Tərtər və ətraf rayonlar üçün həm içməli suyun, həm də təsərrüfat üçün istifadə edilən suyun əsas mənbəyi Sərsəng su anbarıdır: "Bu su anbarının düşmən əlində olması rayonun su təchizatında ciddi problemlər yaradır. Tərtər rayonunun böyük əksəriyyəti əkinçilik və heyvandarlıq, xüsusilə də taxılçılıqla məşğul olur. Taxılçılıq üçün də müəyyən suvarma vaxtı var. Lakin həmin dövrdə ermənilər Sərsəng su anbarından suyu vermirlər ki, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur".

İcra başçısının sözlərinə görə, hazırda Tərtər rayonunda su çatışmazlığı səbəbindən 9 min hektar əkinə yararlı torpaq sahəsindən istifadə etmək mümkün deyil ki, bu da rayonda kənd təsərrüfatının məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

M.Məmmədov diqqətə çatdırıb ki, Sərsəng su anbarı ötən əsrin 70-ci illərində istifadəyə verilib: "Ötən 40 ildən artıq müddət ərzində su anbarına heç bir texniki xidmət göstərilməyib ki, bu da Tərtər və ətraf rayonlar üçün təhlükə mənbəyinə çevrilib. Eyni zamanda, suyun olmaması meşə sahələri üçün də ciddi problemlər yaradır və flora və faunanın məhv edilməsinə gətirib çıxarır".

İcra başçısı beynəlxalq ictimaiyyəti bu məsələyə daha ciddi yanaşmağa və problemin həlli istiqamətində səylər göstərməyə çağırıb.

Sudanın Azərbaycandakı səfirinin əvəzedicisi Muhammad Elballa Osman problemin mövcudluğundan təəssüfləndiyini və bunu öz ölkəsinin QHT-ləri qarşısında qaldıracağını bildirib.

İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi qeyd edib ki, həmişə müharibələr zamanı sudan da silah kimi istifadə edirlər. O bildirib ki, ermənilərin Sərsəng su anbarından azərbaycanlılara su verməməsi beynəlxalq hüquq normalarının pozulması deməkdir: "Biz bunu qınayırıq, pisləyirik. Bu hərəkət 20 Yanvar faciəsi və Xocalı soyqırımından heç nə ilə fərqlənmir. Hesab edirəm ki, müharibə aparanda gərək vicdanla aparasan. Dinc əhalini susuz qoymaq heç bir normaya sığmır".

Çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov problemin həllinin vacibliyini vurğulayıb.

Layihənin koordinatoru Samir İsayev isə qeyd edib ki, Sərsəng su anbarından suyun verilməməsi Tərtərdə və digər rayonlarda Qırmızı Kitaba düşmüş 33 bitki, 34 heyvan növünü məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyur. S.İsayev problemin getdikcə daha da ciddiləşdiyini və geniş fəsadlar törətdiyini diqqətə çatdıraraq, beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, problemin həllinə diqqət yetirməyə çağırıb.

Daha sonra tədbir iştirakçılarına Tərtərçay hidroqovşağı idarəsinin rəisi Böyükkişi Cümşüdov Sərsəng su bəndinin işğalının Tərtər rayonunun su təchizatına təsiri barədə məlumat verib.

Sonda iştirakçılar Tərtər rayonunun İbrahimbəyli və Evoğlu kəndlərinə səfər edərək yerli sakinlərlə və susuzluqdan əziyyət çəkən iri fermer təsərrüfatında fermerlərlə söhbət ediblər.

"Meliorasiya və Su Təsərrüfatı"  1,26 miyon manatlıq müqavilə imzalayıb
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
"Bakı metropoliteni" tender elan edib
"Bakı metropoliteni" tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
Loading Bars
Xəbər lenti
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Bütün xəbərlər