...

Polşa universitetində Azərbaycan dili tədris olunacaq

Cəmiyyət Materials 11 Dekabr 2014 18:31 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Lodz Universitetinin prorektoru professor Zofya Vısokinskaya ilə görüşüb.
Polşa universitetində Azərbaycan dili tədris olunacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Lodz Universitetinin prorektoru professor Zofya Vısokinskaya ilə görüşüb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycandan olan tələbələrin hər il sayının artdığı bildirilib. Azərbaycanlı tələbələrin əsasən beynəlxalq əlaqələr və hüquq fakültələrində təhsil aldıqları diqqətə çatdırılıb. Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin vətəndaşları üçün müəyyənləşmiş bütün imtiyazlardan azərbaycanlı tələbələrin də istifadə etdiyi qeyd olunub.

Görüşdə Lodz Universiteti rəhbərliyi tərəfindən azərbaycanlı tələbələrə göstərilən qayğı və diqqətə görə təşəkkür edilib.

Xanım Z.Vısokinskayaya səfirlik tərəfindən son iki il ərzində polyak dilində Azərbaycanın Dağlıq Qarabağ regionu, Azərbaycan dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, eposları, memarlığı və s. seriyalar üzrə nəşr olunmuş 27 adda kitab haqqında məlumat verilib. Varşava Universiteti ilə birgə Azərbaycan dili kitabının nəşr olunması diqqətə çatdırılıb.

H.Həsənov Lodz Universitetində təhsil alan tələbələrə Azərbaycan dili və mədəniyyəti haqqında daha ətraflı məlumatın verilməsi məqsədilə 2015-ci ildən müvafiq kursların açılmasını təklif edib. Prorektor səfirə təklifə görə təşəkkür edib və bu layihənin həyata keçirilməsinin mümkün olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti