...

Ailə TV talassemiyalı uşaqlara dəstək oldu (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2014 16:31 (UTC +04:00)
Ailə TV və Ailə NET brendlərinin sahibi, "Caspian Telecom" şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində qanvermə aksiyası təşkil edib.
Ailə TV talassemiyalı uşaqlara dəstək oldu (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Ailə TV və Ailə NET brendlərinin sahibi, "Caspian Telecom" şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində qanvermə aksiyası təşkil edib.

Ailə TV Mərkəzi ofisində təşkil olunmuş aksiyada çoxlu sayda şirkət əməkdaşı, o cümlədən rəhbər şəxslər iştirak ediblər. Aksiya zamanı toplanan qan vəsaiti talassemiyadan əziyyət çəkən uşaqların müalicəinə sərf olunacaq.

Aksiyada nəzarətçi qismində iştirak edən Beynalxalq Talassemiya Federasiyasının üzvü, Azərbaycan Talassemiya Assosiasiyasının vitse-prezidenti Gülgün Abbasova öz təəssüratları ilə belə bölüşdü: "Azərbaycanda 1000-dən çox talassemiyalı uşaq Mərkəzi Qan Bankının qeydiyyatındadır, bu da hər ay 2000 donor deməkdir. Təəssüflər olsun ki xəstələrin sayı dinamik olaraq artır və donor çatışmazlığı problemi gündən-günə aktuallaşır. Bugünkü dəstəyə görə mən Ailə TV ailəsinə öz təşəkkürümü bildirirəm və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Ailə TV-nin mətbuat katibi Sabir Məşədizadə də öz növbəsində, məsələyə biganə qalmayıb, bir ailə kimi toplaşan şirkət kollektivinə öz dərin təşəkkürünü və hörmətini bildirib. Bugünkü aksiya zamanı toplanan qan vəsaitinin talassemiyalı uşaqların həyatını xilas edəcəyinə, onların sağlamlığını qoruyacağına əmin olduğunu deyib.

Onun sözlərinə görə, şirkət KSM layihələri çərçivəsində gələcəkdə də xeyirxah aksiyalar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti