...

Gürcüstan və Türkiyədən Azərbaycana nələr gətirilərkən saxlanıldılar?

Cəmiyyət Materials 16 Dekabr 2014 11:07 (UTC +04:00)
Yoxlama zamanı vətəndaşa məxsus avtomobilin salonundakı gizli saxlanc yerlərindən ümumilikdə 10010 kapsula dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Gürcüstan və Türkiyədən Azərbaycana nələr gətirilərkən saxlanıldılar?

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda gömrük qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikası vətəndaşı Qurbanəliyev Fariz Almaz oğlunun idarə etdiyi "Mercedes-Benz 300D" markalı AA488RR dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus avtomobilin salonundakı gizli saxlanc yerlərindən ümumilikdə 10010 kapsula dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

Bundan başqa Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Respublikasının vətəndaşı Şeref Gürsoy Kazım oğlunun idarə etdiyi "MAN" markalı, 61K11243/61K10766 nömrə nişanlı yük avtomilindən invoys sənədində göstərilməyən və gömrük orqanına bəyan olunmayan 140 ədəd "BEKO", 28 ədəd "Blomberg" markalı, ümumilikdə 168 ədəd qabyuyan maşınlar aşkar olunub.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti