...

Azərbaycanın 4 böyük şəhərində liftli sərnişin avtobusları işləyəcək

Cəmiyyət Materials 25 Dekabr 2014 16:17 (UTC +04:00)
Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iritutumlu nəqliyyat vasitələrindən istifadə ediləcək.
Azərbaycanın 4 böyük şəhərində liftli sərnişin avtobusları işləyəcək

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iritutumlu nəqliyyat vasitələrindən istifadə ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı" layihəsinə daxil edilib.

Qeyd edilən bu tədbir Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə brigə həyata keçiriləcək.

Proqram layihəsində qeyd edilir ki, metrostansiyalar əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılacaq. Bununla yanaşı, bankomatlar, telefon avtomatları, poçt terminalları, keçid turniketləri, lift, tunel keçidləri, eskalator və digər avtomat qurğuların əlilliyi olan şəxslərə uyğunlaşdırılması üçün tədbirlər görüləcək.

Dayaq hərəkət sistemində problemi olan, əlil arabasında hərəkət edən şəxslərin çimərliklərdən sərbəst istifadə etmələri üçün də şərait yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti