Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında dekabrın 31-də havanın temperaturu səhər və gündüz 4-6° isti, axşam 2°-yə yaxın isti olacağı gözlənilir.
Yanvarın 1-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3° isti olacağı, axşama doğru isə 0°-yə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə, Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.
Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Yanvarın 1-də əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.
Azərbaycanda Yeni il bayramı günlərinin hava proqnozu açıqlandı
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
