...

Çağırışçılar bu gündən hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə bilərlər

Cəmiyyət Materials 30 Dekabr 2014 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə bilərlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İtimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar dekabrın 30-dan xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə bilərlər.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında "Elektron xidmət" bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür.

Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti