...

Azərbaycan alimlərinə cağırış edildi

Cəmiyyət Materials 9 Yanvar 2015 15:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmalıdır.
Azərbaycan alimlərinə cağırış edildi

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmalıdır.

Akademiyadan Trend-ə verilən məlumata görə, bunu Rəyasət Heyətində Azərbaycanda neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunmuş görüşdə çıxış edən AMEA prezidenti akademik Akif Əlizadə deyib.

A.Əlizadə neftin istismarı ilə bağlı problemin bütün dövrlərdə aktual olduğunu bildirib.

Akademik Xoşbəxt Yusifzadənin Azərbaycan alimlərinin I Qurultayında çıxışı zamanı səsləndirdiyi "köhnə neft yataqları və mədənlərimizdən qalıq neftin çıxarılması aktual məsələdir" fikrini xatırladan alim neft hasilatının yüksəldilməsi, alimlərimizin bu sahədə araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

A.Əlizadə qeyd edib ki, ARDNŞ ilə əməkdaşlıq əlaqələri genişləndirilməli və alimlərimiz müvafiq sahədə şirkətə köməyini əsirgəməməlidir.

AMEA prezidentinin sözlərinə görə, neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nailiyyətlərindən yararlanmaq lazımdır, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparılmalı və ARDNŞ-yə təkliflər irəli sürülməlidir. Onun fikrincə, bu, həm də neft sahəsində fəaliyyət göstərən mütəxəssislərlə alimlərimizin əməkdaşlığının təmini baxımından əhəmiyyətlidir.

A.Əlizadə AMEA-nın Təcrübə-sənaye zavodunun fəaliyyətindən söz açaraq, müəssisəni texnoparka çevirməyin mümkün olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd hər bir alimin öz təcrübəsinə əsaslanaraq böyük maliyyə sərf etmədən neftin çıxarılması üçün ən səmərəli üsulu təklif etməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti