...

Azərbaycanda yaz havası hökm sürəcək

Cəmiyyət Materials 14 Yanvar 2015 12:49 (UTC +04:00)
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.
Azərbaycanda yaz havası hökm sürəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yaz havası hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti