...

Korrupsiya cinayətləri ilə bağlı dövlət və qeyri-dövlət orqanları üzrə statistik nəticələr açıqlanıb

Cəmiyyət Materials 15 Yanvar 2015 11:55 (UTC +04:00)
Korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilmiş cinayət işlərinin dövlət və qeyri-dövlət orqanları üzrə statistik təhlilinin nəticələri açıqlanıb.
Korrupsiya cinayətləri ilə bağlı dövlət və qeyri-dövlət orqanları üzrə statistik nəticələr açıqlanıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilmiş cinayət işlərinin dövlət və qeyri-dövlət orqanları üzrə statistik təhlilinin nəticələri açıqlanıb. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2014-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

K.Əliyev deyib ki, 2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: "Onlardan 3 cinayət işi sosial müdafiə sahəsi üzrə 14 şəxs barəsində, 2 cinayət işi Əmlak Məsələlələri Dövlət Komitəsinin 2 işçisi barəsində, 7 cinayət işi yerli icra hakimiyyəti orqanlarının 7 əməkdaşı barədə, 4 cinayət işi 4 bələdiyyə işçisi barəsində, 3 cinayət işi Səhiyyə Nazirliyinin 3 əməkdaşı barəsində, 19 cinayət işi təhsil sahəsində çalışan 37 şəxs barədə, 1 cinayət işi Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barədə, 3 cinayət işi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 4 işçisi barəsində, 18 cinayət işi bank və bank olmayan təsisatların 69 işçisi barəsində, 1 cinayət işi "Azərenerji"nin 1 işçisi barədə, 1 cinayət işi "Azəriqaz"ın işçisi barədə, 1 cinayət işi təbiəti mühafizə sahəsində çalışan 1 işçi barədə, 1 cinayət işi prokurorluq orqanlarının 1 işçisi barədə, 2 cinayət işi Daxili İşlər Nazirliyinin 3 işçisi barədə, 4 cinayət işi Kənd Təsərrüfatı Nazirliyinin 8 işçisi barədə, 60 cinayət işi özəl sektorda çalışan 70 şəxs barədə, o cümlədən 7 cinayət işi tikinti sektorunda çalışan 10 şəxs və digərləri barədə olub".

Onun sözlərinə görə, hazırda icraatda olan cinayət işləri də var: "Hazırda Baş İdarənin İstintaq şöbəsi tərəfindən 118 korrupsiya cinayəti üzrə ibtidai araşdırma işləri davam etdirilir. Bu ilin əvvəlindən bəzi cinayət işləri artıq məhkəmələrə də göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti