...

Deputat Aydın Mirzəzadənin Türkiyədə kitabı çap olunub (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2015 16:26 (UTC +04:00)
Azərbaycanın millət vəkili Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib.
Deputat Aydın Mirzəzadənin Türkiyədə kitabı çap olunub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın millət vəkili Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib.

Trend-in məlumatına görə, 261 səhifəlik kitabda türkiyəli oxucuya Dağlıq Qarabag probleminin tarixi kökləri, erməni millətçilərinin çar Rusiyası və SSRİ dönəmində Azərbaycan torpaqlarına qarşı iddiasından, problemin hazırkı vəziyyəti barədə geniş məlumat verilir.

Həmçinin, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Xocalı faciəsi, 1 milyon nəfərdən çox qaçqın əhali, Ermənistanın beynəlxaq hüquq normalarını pozması, Azərbaycanın ərazi bütövlüyünü tanımaması və müharibənin ağır nəticələri barədə də müfəssəl məlumat verilir.

Trükiyənin Azərbaycanı Dağlıq Qarabağ məsələsində daima müdafiə etməsi, Türkiyə xalqının Azərbaycan sevgisi də kitabda geniş yer alıb.

Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti