...

20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət Materials 19 Yanvar 2015 19:14 (UTC +04:00)
20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir.
20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Məlumat verildiyi kimi, 20 Yanvar - Ümummilli hüzn günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyində, eləcə də Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, "İstehlak Mallarının Ekspertizası" MMC, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-də şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Yanvarın 19-da isə Sahibkarlığa Kömək Milli Fondu, Bakı Biznes Tədris Mərkəzi, "Sumqayıt Kimya Sənaye Parkı" MMC, AZPROMO və "Təmiz Şəhər" ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır.

Bununla bağlı keçirilmiş tədbirlərdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edənlər Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulamışlar. Bildirilmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etmiş, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.

Tədbirdə dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilmiş, azadlıq mübarizəmizin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti