...

Erməni fotoqrafın fotoları Türkiyədə ciddi qalmaqala səbəb oldu

Cəmiyyət Materials 20 Yanvar 2015 10:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Erməni əsilli fotoqraf Aspet Manukyanın çəkdiyi fotolar Türkiyədə ciddi qalmaqala səbəb olub. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, A.Manukyan Atatürk Hava Limanının səmasında icazəsiz olaraq təyyarələrin uçuş və enişlərinin fotoşəkillərini çəkib. Bütün bunlarla yanaşı, o, Atatürk Hava Limanının səmasında icazəsiz videoçəkiliş də aparıb və daha sonra bu kadrları "Youtube" videoşəbəkəsinə yerləşdirib.

Qəzetin məlumatına əsasən, kadrların videoşəbəkələrdə yayımlanmasından sonra A.Manukyan üzr istəsə də, onun bu əməli Türkiyə Pilotlar Dərnəyi tərəfindən terrorçuluq üçün zəmin kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti