Gözlərində çarəsizliyin yuva qurduğu küçə süpürən qadınlarımız

Gözlərində çarəsizliyin yuva qurduğu küçə süpürən qadınlarımız

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Kimi deyər ki, qadın
uzun qış gecələrində yatmaq üçündür.

Kimi deyər ki, qadın yaşıl bir xırmanda
ətəyi zınqırovlu rəqqasə kimi oynamaq üçündür.
Kimi deyər ki, əyalım,
boynumda daşıdığım günahım.

Kimi deyər ki, xəmir yoğuran, uşaq doğan...
Nə o, nə bu. Nə döşək, nə rəqqasə, nə də günah.
O, mənim qollarım, ayaqlarım
yavrum, anam, həyat yoldaşım, bacım, həyat dostumdur.

Bu şeir mühacirətdə olan və zəmanəsinin ən böyük türk şairi Nazim Hikmətindir.

Qadın bəlkə də yeganə varlıqdır ki, övladı doğulmadan öncə və övladı öldükdən sonra onunla danışar. Şəninə ən gözəl şeirlər və bəstələr bəstələnsə də, onu tam olaraq vəsf edə bilməz. Qadınların hər nə qədər zəif, hisslərə qapılan və məntiqdən uzaq olduqları iddia edilsə də, bir cəmiyyətin kamil şəkildə formalaşması üçün qadının rolu danılmazdır.

Qadının hüququ məhdudlaşdırılan cəmiyyətlərdə isə normal inkişafdan əsla söhbət gedə bilməz. Məhz belə cəmiyyətlərdə erkəklərin qadın zərifliyi üzərində öz "hakimiyyətlərini" qurma halları tez-tez müşahidə olunur.

İlahi dinlərdə qadın mövzusu hər nə qədər mübahisə obyekti olsa da, bütün səmavi kitablarda adı yüksək səviyyədə zikr olunan qadınlar var.

Konkret olaraq İslamda qadının statusuna gəlincə, bu mövzu mübahisə mövzusu olsa belə, İslam yaranması etibarilə dövrünün qadınına yönəlmiş ən böyük islahatı həyata keçirdi və qadın əşya statusundan qurtuldu.

Bu gün qadına yüksək hüquq verdiyini iddia edən Avropada belə, qadın heç də iddia edildiyi kimi yüksək mərtəbədə dayanmır.

Qadının sosial rifahı üçün mübarizəsi Qərbin siyasi dairələrinin mətbəxində qovrulan feminizmə dəstək kimi qəbul edilməməlidir. Məhz feminizm qadınları qadın zərifliyini kişilərin arxasınca sürükləməklə ülviliyi qadın "zəifliyi" arxasında gizlənənlərin ayaqları altına atdı.

Bu gün dünyanın bir çox ölkələrində, eləcə də qonşu Türkiyədə qadının sosial rifahı üçün bir çox islahatlar aparılır. Türkiyədə dövlət rəsmilərinin etiraf etdiyi kimi, ən böyük problemlərdən biri də ailə və cəmiyyətdə qadına yönəlmiş şiddət hallarıdır.

Konkret olaraq Azərbaycana gəlincə isə heç şübhəsiz ki, Şərqdə qadına seçmə və seçilmə hüququ verən ilk ölkələrdən biri də Azərbaycandır. Etiraf etmək lazımdır ki, Azərbaycan qadını hüquqlarının çoxluğu və üstünlüyü ilə bir çox Şərq qadını qarşısında öyünə bilər.

Lakin təəssüf olsun ki, bu gün bəzən Azərbaycanda qadına qarşı milli mentalitetimizə yad münasibətin şahidi oluruq. Bəli, söhbət əzəmətli paytaxtımızda kimliyinin tanınmaması üçün qəhərə boğularaq üzünü gizlədən, gözlərində isə çarəsizliyin yuva qurduğu küçə süpürən xanımlarımızdan gedir. Ən acınacaqlısı isə bu xanımların başının üstündə durub onlara göstəriş verən kişilərin olmasıdır.

Nə olursa olsun, xanımlarımızın küçə süpürməsi adını şanlı tariximizə yazmış, eləcə də bu gün zirvələri fəth etmiş qadınlarımızın adına ləkədir.

Maraqlısı isə odur ki, nə qonşu İranda, nə də Türkiyədə bu hala demək olar rast gəlinmir. Bir toplum olaraq Sovet imperiyasının bizə miras buraxdığı bir çox şeydən qurtulsaq da, hələ ki, bundan yaxa qurtara bilməmişik.

Məgər bu gün küçələrimizin təmizlənməsi üçün texnikadan istifadə etmək belə çətindirmi? Məgər xanımlarımızı layiq olduqları yüksək məqama ucaltmaq mümkün deyilmi? Digər bir tərəfdən, görəsən, işsizlik bəhanəsi ilə evdə oturan kişilərimizin vicdanı heç sızlamırmı?

Heç şübhəsiz ki, bu gün adını tarixin şanlı səhifələrinə həkk edən Azərbaycan qadını daha yüksək məqama layiqdir. Qadının Azərbaycan cəmiyyətində ən yüksək pillədə durması, qadının göz yaşlarının adiləşməməsi üçün sadəcə kişilər deyil, eyni zamanda, qadınlar da səy göstərməlidirlər.

Azərbaycanda küçə süpürən xanımlar olduqca, qadınlara seçmə və seçilmə hüququ verməklə, onların adını "qəlbimizə yazmağımız"la fəxr etməyimizin heç bir anlamı olmayacaq.

Rufiz Hafizoğlu

Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur - Dövlət Xidməti
Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur - Dövlət Xidməti
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Sabahdan havanın temperaturu yüksələcək
Sabahdan havanın temperaturu yüksələcək
Loading Bars
Xəbər lenti
Çörəyin qiymətində heç bir artım qeydə alınmayıb - Dövlət Xidməti
Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur - Dövlət Xidməti
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı
Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Sabahdan havanın temperaturu yüksələcək
BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
Gəncədə qarın təmizlənməsinə başlanıb (FOTO)
1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)
GUAM Katibliyi Xocalı soyqırımının qurbanlarının xatirəsini anıb
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev
London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb (FOTO)
Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
Bakıda keçmiş məhkum avtomatla yaxalandı (FOTO/VİDEO)
Yerevanda etirazçılar yolları bağladı (VİDEO)
Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)
BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu
Bu partiyalar illik maliyyə hesabatını təqdim edib
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN (VİDEO)
Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan nefti bahalaşıb
Bərdədə əməliyyat keçirilib, vəzifəli şəxs həbs edilib
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
"Facebook" və "Instagram" sosial şəbəkələrinin işində qüsurlar yaranıb
Pakistanla Azərbaycan arasında yeni aviareys açılır
İsveçrə azərbaycanlıları Cenevrə parlamentinin üzvlərinə müraciət edib
Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ
Bakıda qar daha bir qəzaya səbəb oldu (VİDEO)
Ölkədə ən aşağı temperatur olan ərazilər açıqlandı
Bakı yolları səhərə kimi qardan təmizlənib - İcra hakimiyyəti (FOTO/VİDEO)
Son iki gündə Bakıda 200-dən artıq nəqliyyat vasitəsinə ziyan dəyib
Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət (SİYAHI)
Qarlı havada ölkədə 12 yol qəzası olub, 1 nəfər ölüb
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb
Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub
Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Bu gün Aİ liderləri pandemiya və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq
Myanmada 5.1 bal gücündə zəlzələ baş verib
Kolumbiya mətbuatında erməni təcavüzü, Xocalı soyqırımı və bu faciələrin fonunda Azərbaycanın keçdiyi inkişaf yolu haqda məqalə işıq üzü görüb
ABŞ Dövlət Departamentində müxtəliflik və inklyuzivlik məsələləri üzrə direktor vəzifəsi yaradılıb
İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb
Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
Londonda Xocalı həqiqətləri barədə məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
Bütün xəbərlər