...

2014-cü ildə Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2015 14:44 (UTC +04:00)
23 yanvar 2015-ci il tarixində Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
2014-cü ildə Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

23 yanvar 2015-ci il tarixində Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak etdilər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi O.Sadıqov hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Lökbatan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.

Belə ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində qəsəbə ərazisində D.Bəkirov və V.Əsədov uşaq bağçalarında isə əsaslı təmir işləri yekunlaşaraq istifadəyə verilmişdir. Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbi üçün yeni binanın tikintisi başa çataraq istifadəyə verilmişdir. 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binaların inşası başa çatmış açılışa tam hazırdır.

Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbədə yeni körpələr-evi uşaq bağçasının tikintisinə başlanılmışdır. Qəsəbənin istilik enerjisi ilə təchizatında müəyyən işlər görülmüşdür ki, Nizami küçəsində yerləşən 530 saylı qazanxana, məhəllədaxili istilik xətlərinin yenidən qurulması 9 yaşayış binasında məhəllədaxili və aşağı paylama və "Sevinc" uşaq bağçasında məhəllədaxili istilik xətlərinin yenidən qurulması, bir yaşayış binasında aşağıpaylama istilik sistemlərinin yenidən qurulması işləri tam başa çatdırılmışdır.

Qaz təsərrüfatında 3 ədəd yeni qaz tənzimləyici qurğu və müxtəlif diametrli 4057 metr qaz xətti çəkilmişdir. Elektrik enerjisi ilə təminatda 3 ədəd yeni transformator quraşdırılmış,ümumilikdə 30179 metr kabel çəkilmişdir. Müvafiq Dövlət Proqramına əsasən qəsəbə ərazisində su və kanalizasiya xətləri yenidən qurulur.

İl ərzində qəsəbədə və dairəvi yolun qəsəbəyə düşən ərazisində yeddi yaşıllıq sahəsində ümumilikdə 13600 m2 sahəyə ot örtüyü salınmış, 5000-ə yaxın müxtəlif növ ağac əkilmişdir. A.Baxşıyev küçəsində 18 ədəd küçə işıqları quraşdırılmışdır.

Hesabat yığıncağında iştirak edən 330-a yaxın qəsəbə sakinlərindən 5 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənildi.

Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti