...

"Radikalizm və xurafat təhlükəsi" mövzusu müzakirə edildi (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2015 10:53 (UTC +04:00)
25 Yanvar 2015-ci il tarixdə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin (GMİİB) təşkilatçılığı ilə Park İNN otelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında “Radikalizm və xurafat təhlükəsi” adlı konfrans keçirildi.
"Radikalizm və xurafat təhlükəsi" mövzusu müzakirə edildi (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin (GMİİB) təşkilatçılığı ilə Park İNN otelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında "Radikalizm və xurafat təhlükəsi" adlı konfrans keçirildi.

Trend xəbər verir ki, konfransı çıxış sözləri ilə təşkilatın sədr müavini Tural Vəliyev açaraq GMİİB-in fəaliyyətləri barədə məlumat verdi. Təşkilatın bu vaxtadək keçirdiyi tədbirlərdən bəzilərini ("İslam terroru lənətləyir", "Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu", "Həll yolu Quran əxlaqı") qısa olaraq vurğuladı.

Sonra təşkilatın sədri Ramiq Vəliyev çıxış edərək dində radikalizmdən və xurafatçı zehniyyətdən bəhs etdi. Xurafatçıların İslamda olmayan bir çox hökmləri din adına təqdim etməsindən, bunun nəticəsində də İslam dininin bütün dünyada dəhşət dini kimi tanıdılmasından qısa şəkildə danışdı. İslamın sülh dini olduğunu tanıtma yönündə bir müsəlman kimi məqsədlərinin illərlə İslam adı ilə dünyada təmsil edilən radikalizmi, mövhumatı, fanatizmi və İslam dini ilə heç bir əlaqəsi olmayan xurafat dinini ortadan qaldırmağa çalışmaq, Qurandakı dəlillərlə İslamın əslini göstərmək olduğunu vurğuladı.

Konfransın "Radikalizm və xurafat təhlükəsi" adlanan ilk hissəsində Ramil Rüstəmov çıxış etdi. Konfransın bu hissəsində müsəlman ölkələrindəki qarışıqların əsas səbəblərindən, xurafata əsaslanan müsəlman modelindən, Qurandan uzaq İslamdan, dində məcburiyyətin olmamasından, qadının Quranda bildirilən dəyərindən, kitab əhlinə olan sevgidən və Qurandakı müsəlman modelinin necə olduğundan danışıldı.

İkinci hissədə isə Rövşən Əkbərov islamofobiyanın əsas səbəblərindən və onun həlli yollarından bəhs etdi. Bütün dünyada İslam əleyhdarlarının çoxalmasından, müsəlmanlara qarşı təzyiqlərdən, qadağalardan və islamofobiyanın fəsadlarından danışıldı.

Bir çox dövlət nümayəndəsi, siyasi xadim, professor, təşkilat rəhbərlərinin iştirak etdiyi tədbir böyük maraqla izlənildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti