...

Azərbaycanda KİV-in məsuliyyətini artıran qanun qüvvəyə mindi

Cəmiyyət Materials 3 Fevral 2015 23:32 (UTC +04:00)
Azərbaycan Prezidenti “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq edib
Azərbaycanda KİV-in məsuliyyətini artıran qanun qüvvəyə mindi

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq edib..

Trend-in məlumatına görə, qanunda Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib.

Dəyişikliyə görə, "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında
iddia qaldırılacaq.

Əvvəlki qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti