...

Azərbaycan vulkanları bəzi regionların vulkanları ilə müqayisə edilib

Cəmiyyət Materials 6 Fevral 2015 12:59 (UTC +04:00)
“Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı 5 illik layihə 2017-ci ildə başa çatacaq.
Azərbaycan vulkanları bəzi regionların vulkanları ilə müqayisə edilib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

"Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi" adlı 5 illik layihə 2017-ci ildə başa çatacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan (GGİ) Trend-ə verilən məlumata görə, Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq, Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb və bu, GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi, K. Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.

Tədqiqatlar Ukrayna Elmlər Akademiyasının Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə birgə "Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi" adlı layihə çərçivəsində aparılır.

Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə "Qafqaz regionun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı" adlı layihə çərçivəsində Azərbaycanın 40-dan çox palçıq vulkanından götürülmüş qaz və su nümunələri izotop-geokimyəvi analiz olunub. Nəticələr Rusiyanın Taman yarımadasındakı palçıq vulkanlarının yer səthinə çıxardığı flüidlərlərdəki geokimyəvi göstəricilərlə müqayisə edilib.

Vulkanlarda üstünlük təşkil edən iki əsas su növü - az minerallaşmış natrium xlorid və çox minerallaşmış kalsium xlorid müəyyən edilib. Vulkanlarda mineral suların temperaturunun dərinliklərə nisbətən dəyişməsi neftqazəmələgəlmənin ilkin mərhələsi ilə əlaqəni göstərir. Beşillik layihə bu il başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti