...

Dövlət Komitəsi qərarından bir addım da geri çəkilməyib

Cəmiyyət Materials 6 Fevral 2015 13:38 (UTC +04:00)
Yas mərasimlərində israfçılıq əleyhinə irəli sürdüyümüz tövsiyələr tam qüvvəsindədir. Bir addım da geri çəkilmə olmayıb.
Dövlət Komitəsi qərarından bir addım da geri çəkilməyib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlkin İzzət/

"Yas mərasimlərində israfçılıq əleyhinə irəli sürdüyümüz tövsiyələr tam qüvvəsindədir. Bir addım da geri çəkilmə olmayıb. Bu istiqamətdə təşviqatımız davam edir. İnsanlara tövsiyələrimiz davam edir". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında belə deyib.

M.Qurbanlı bildirib ki, yas mərasimləri ilə bağlı aparılan işlərin nəticəsində mərasimlərin gün sayında xeyli dəyişikliklər baş verib və onlar milli dini adət-ənənələrə uyğun olaraq 3 gün müddətində yekunlaşır. Eyni zamanda, bir çox yerlərdə vətəndaşlar yas mərasimlərində yalnız çay süfrəsi açırlar və bununla da kifayətlənirlər: "Sadəcə, bəzi yerlərdə hələ də yemək verənlər var, amma biz zorakılığın tərəfdarı deyilik. Heç kim yas mərasimlərini qadağan etmir, sadəcə olaraq yas mərasimləri İslam dininin müəyyən etdiyi qaydaya uyğun həyata keçirilməlidir. Bizdə indiyə qədər yas mərasimləri İslam adət-ənənələrinə uyğun deyil, keçmişdən qalmış ənənəyə görə keçirilirdi. İslama görə ölən insan üçün əsas 4 şərti icra etmək labüddür, qüsul, kəfən, cənazə namazı və dəfn".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti