...

BDU-nun mətbuat katibi "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sorğusunun qalibi olub

Cəmiyyət Materials 13 Fevral 2015 13:04 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Qafqazın ən böyük təhsil–facebook səhifəsi olan 129 minlik "Azərbaycan Universitetləri"nin keçirdiyi sorğunun qalibi olub.
BDU-nun mətbuat katibi "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sorğusunun qalibi olub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan 129 minlik "Azərbaycan Universitetləri"nin keçirdiyi sorğunun qalibi olub.

Trend-in məlumatına görə, "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sosial sorğusunda BDU sözçüsü səhifə üzvlərinin əksəriyyətinin səsini qazanaraq birinci olub.

"Azərbaycan Universitetləri" səhifəsinin rəhbəri Zöhrab Süleyman qalib diplomunu P.İbrahimovaya təqdim edib.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri, öz növbəsində, Z.Süleymana və bütün səhifə üzvlərinə təşəkkür edib.

Təltif olunanlar arasında Bakı Ali Neft Məktəbi və ADA Universitetinin analoji struktur rəhbərləri də yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti